Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib

Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib Şahdağ Milli Parkının əməkdaşları Milli parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlif cinsli 16 ağacın kəsildiyi və təbiətə 4 218 manat məbləğində ziyan dəydiyi müəyyən edib.
Ekologiya
1 İyul , 2020 13:30
Şahdağ Milli Parkında 16 ağac qanunsuz olaraq kəsilib

Şahdağ Milli Parkının əməkdaşları Milli parkın Qəbələ bölməsinin Bum meşəbəyliyinin ərazisində müxtəlif cinsli 16 ağacın kəsildiyi və təbiətə 4 218 manat məbləğində ziyan dəydiyi müəyyən edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların Qəbələ rayon Tikanı kənd sakinləri Asim Hidayət Şəfiyevlər tərəfindən kəsildiyi aşkar edilib. 

Faktla bağlı qanun pozucuları barəsində akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Qəbələ rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi