Nazirlik: Erməni işğalçıları Cəbrayıl və Füzulidə qiymətli ağac növlərindən ibarət meşələri məhv edib

Nazirlik: Erməni işğalçıları Cəbrayıl və Füzulidə qiymətli ağac növlərindən ibarət meşələri məhv edib Bakı. 23 avqust. REPORT.AZ/ Cəbrayıl və Füzuli rayonlarında qiymətli ağac növlərindən ibarət meşələr erməni işğalçıları tərəfindən məhv edilib.
Ekologiya
23 Avqust , 2018 11:17
Nazirlik: Erməni işğalçıları Cəbrayıl və Füzulidə qiymətli ağac növlərindən ibarət meşələri məhv edib

Bakı. 23 avqust. REPORT.AZ/ Cəbrayıl və Füzuli rayonlarında qiymətli ağac növlərindən ibarət meşələr erməni işğalçıları tərəfindən məhv edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 1,7 milyon hektar ərazisi işğal olunub. Ermənistanın həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır. İyirmi beş il əvvəl - 1993-cü il avqustun 23-də Cəbrayıl və Füzuli rayonları erməni işğalçıları tərəfindən zəbt olunub.

Sahəsi 104 min 980 hektar olan Cəbrayıl rayonu mişar daşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları 2937 min kubmetr olan Tulus tuf, ümumi ehtiyatları 5434 min kubmetr olan Çaxmaqçay və Soltanlı tikinti qumu, ehtiyatları 296 min kubmetr olan kərpic istehsalına yararlı Qaracallı gil, ehtiyatları 6644 min ton olan və sement istehsalına yararlı Göyərçin Veysəlli vulkan külü, ehtiyatları 1325 min ton olan Minbaşlı gəc, ehtiyatları 5226 min ton olan və əhəng istehsalına yararlı Ağtəpə əhəngdaşı, ehtiyatları 4130 min kubmetr olan Cəfərabad qum-çınqıl qarışığı, ehtiyatları 504 ton olan Şahverdi yəşəm və ehtiyatları 1348 ton olan Çaxmaqqaya xalsedon yataqları ilə zəngindir.

Cəbrayıl şəhərində vaxtilə diametri 250 santimetr, hündürlüyü 30 metr, yaşı 500 il olan 1, Hacılı kəndində diametri 350 santimetr, hündürlüyü 30 metr, yaşı 700 il olan 1 və diametri 800 santimetr, hündürlüyü 45 metr, yaşı 1600 il olan 6, Karxulu kəndində diametri 90 santimetr, hündürlüyü 25 metr, yaşı 200 il olan 1, Funqalı kəndində diametri 450 santimetr, hündürlüyü 30 metr, yaşı 900 il olan 1 və diametri 370 santimetr, hündürlüyü 30 metr, yaşı 750 il olan 1, Horovlu kəndində diametri 400 santimetr, hündürlüyü 30 metr, yaşı 800 il olan 1, Işıqlı kəndində diametri 400 santimetr, hündürlüyü 25 metr, yaşı 800 il olan 1 şərq çinarı qorunub.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılıb və məhv edilib.

Karxulu kəndindəki yaşıllıqlardan əsər-əlamət qalmayıb, yol kənarlarında olan qoz və digər qiymətli ağaclar, eləcə də Cəbrayıl şəhərindəki 800 il yaşı olan və təbiət abidəsi kimi qorunan və “Xan çinarı” adlandırılan şərq çinarı ağacı kəsilərək məhv edilib.

Araz çayı vadisindəki bütün ağaclar yandırılıb. Həmçinin çoxyaşlı iridiametrli qoz ağacları material kimi doğranaraq müxtəlif məqsədlər üçün Ermənistana daşınır və xaricə satılır.

Ümumi sahəsi 139 min 393 hektar olan və rayonun qərb hissəsindəki (50 kənd) 125368 hektar ərazisi ermənilər tərəfindən işğal edilən Füzuli rayonunda ümumi ehtiyatları 58858 min kubmetr olan və mişar daşı istehsalına yararlı, istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min kubmetr ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min kubmetr olan Quruçay qum-çınqıl qarışığı yataqları var.

Özünəməxsus təbiəti olan Füzuli rayonunun İşıqlı kəndində diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 500 il və diametri 450 santimetr, hündürlüyü 25 metr, yaşı 900 il olan 2, Böyük Bəhmənli kəndinin İranla sərhəd ərazisində diametri 100 santimetr, hündürlüyü 20 metr, yaşı 200 il olan 1, Seyidəhmədli kəndinin “İbə piri” adlanan sahəsində diametri 520 santimetr, hündürlüyü 30 metr, yaşı 1400 il və diametri 250 santimetr, hündürlüyü 25 metr, yaşı 550 il olan 2, Mandılı kəndində diametri 180 santimetr, hündürlüyü 45 metr, yaşı 400 il 1 və diametri 150 santimetr, hündürlüyü 40 metr, yaşı 300 il olan 5 şərq çinarı ağacı təbiət abidəsi kimi pasportlaşdırılıb və işğala qədər mühafizə olunub.

Füzuli rayonunun dağlıq və dağətəyi sahələrində 1960-1980-ci illərdə həyata keçirilmiş hidrogeoloji axtarış zamanı ərazidə yayılmış dördüncü, təbaşir və yura dövrü sulu komplekslərinin, eləcə də ərazidən keçən çayların məcraaltı sularının ehtiyatı 193 min kubmetr həcmində hesablanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair geniş meşə massivləri ilə örtülü olan Dövlətkarlı kəndində ağacların bütünlüklə qırılması, Qoçəhmədli kənd yolu boyunca ağacların kütləvi şəkildə məhv edilməsi, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqların tamamilə qırılması, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisinin ermənilər tərəfindən yandırılması faktını aşkarlayıb.

Son xəbərlər

Orphus sistemi