ETSN “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar iməcilik keçirib

ETSN “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar iməcilik keçirib Bakı. 2 iyun. REPORT.AZ/ “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən iyunun 2-də Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib.
Ekologiya
2 İyun , 2018 12:50
ETSN “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar iməcilik keçirib
eco.gov.az
0 : 00
0 : 00

Bakı. 2 iyun. REPORT.AZ/ “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən iyunun 2-də Bakı-Şamaxı yolunun Pirəkəşkül qəsəbəsi ərazisində iməcilik keçirilib.

Qurumun Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nazirliyin əməkdaşlarının, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi iməcilikdə sözügedən ərazinin 50 hektar sahəsində abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd edək ki, “5 iyun Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.

Hər il 5 iyun “Ümumdünya ətraf mühit günü” ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə edilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması üçün təbliğat xarakterli müxtəlif tədbirlər həyata keçirir.

Tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.

Xatırladaq ki, 5 iyun 1972-ci il tarixində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının İsveçin paytaxtı Stokholm şəhərində keçirilən iclasında ətraf mühitin mühafizəsi məsələsi aktuallaşıb və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alan iştirakçılar 5 iyunun “Ümumdünya ətraf mühit günü” kimi qeyd olunmasına qərar verib, növbəti ildən həmin gün bütün dünyada qeyd olunmağa başlanıb.

Son xəbərlər

Orphus sistemi