“Eko-Radar”a daxil olan şikayət təsdiqini tapıb

“Eko-Radar”a daxil olan şikayət təsdiqini tapıb Ərazilərə baxış zamanı məişət və istehsalat tullantılarının ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyi təsdiqini tapdı.
Ekologiya
3 Sentyabr , 2020 11:36
“Eko-Radar”a daxil olan şikayət təsdiqini tapıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Sumqayıt şəhərinin Səməd Vurğun və Sahil küçələrində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

"Report" xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, ərazilərə baxış zamanı məişət və istehsalat tullantılarının ətrafa atılaraq qalaqlandığı və qanunvericiliyə uyğun idarə edilmədiyinin təsdiqini tapdığını deyib.

O bildirib ki, faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Sumqayıt bələdiyyəsi barəsində protokol tərtib olunaraq hüquqi şəxs qismində 6 500 manatdan 8 000 manatadək cərimələnməsi üçün toplanmış materiallar Sumqayıt şəhər Məhkəməsinə göndərilib: "Ərazilərin tullantılardan təmizlənməsi, gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş verilib. Nazirlik tullantıların idarə olunmasına cavabdeh olan bələdiyyə və yerli icra orqanlarına bir daha müraciət edir ki, tabeliklərindəki ərazilərdə tullantıların qanunvericiliyə uyğun toplanmasını və daşınmasını təşkil etsinlər, əhalidə narahatlıq yaradan hallara, sanitar və ekoloji normaların pozulmasına yol verməsinlər”.

Son xəbərlər

Orphus sistemi