Vəlvələçayda karxananın fəaliyyəti ilə bağlı araşdırmalar aparılır

Vəlvələçayda karxananın fəaliyyəti ilə bağlı araşdırmalar aparılır Quba rayonunda yerləşən bütün karxanaların, eyni zamanda Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı artıq bir neçə vaxtdır Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən araşdırma və monitorinqlər aparılır.
Ekologiya
10 Sentyabr , 2020 13:36
Vəlvələçayda karxananın fəaliyyəti ilə bağlı araşdırmalar aparılır

"Quba rayonunda yerləşən bütün karxanaların, eyni zamanda Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasının fəaliyyəti ilə bağlı artıq bir neçə vaxtdır Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən araşdırma və monitorinqlər aparılır".

Bunu "Report"a açıqlamasında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi İdarə Heyətinin sədri Samir Qurbanov deyib.

O bildirib ki, dünən sosial şəbəkədə yayılan Vəlvələçayın yatağındakı qum-çınqıl karxanasında aparılan araşdırmanın nəticələri mütəxəssislər tərəfindən qiymətləndirilir: "Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Son xəbərlər

Orphus sistemi