Xızıda “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir təşkil olunub

Xızıda “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir təşkil olunub "Ölkədən kənarda qanunsuz silahlı birləşmələrə qoşulma halları aradan qaldırılıb"
Din
24 Oktyabr , 2016 20:56
Xızıda “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir təşkil olunub

Bakı. 24 oktyabr. REPORT.AZ/ Xızı rayonu Giləzi qəsəbəsində yerləşən tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin Şabran rayon şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizm və onun fəsadları” mövzusunda tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev, Xəyal Qocayev, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, əməkdaşı Ülvi Məmmədov, Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov, din xadimləri və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Xızı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun İsgəndərov müasiri olduğumuz dövrdə bu kimi tədbirlərin həyata keçirilməsinin zəruriliyindən danışıb. Qeyd edib ki, bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biri də dövlət-din münasibətlərinin tənzimlənməsi və dini radikalizmə qarşı mübarizədir.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov çıxış edərək bildirib ki, sözügedən mövzu olduqca aktualdır. Dini radikalizm təhlükəsinin qarşısını almaq üçün din xadimlərinin, ziyalıların üzərinə çox böyük iş düşür. O, bu sahədə maarifləndirmə işinin əhəmiyyətini geniş şərh edib.

DQİDK-nın əməkdaşı Ülvi Məmmədov da çıxış edərək dini radikalizmə aparan dini fanatizm və dini fundamentalizmin mahiyyətini izah edib. Natiq onu da bildirib ki, aparılan profilaktik və preventiv tədbirlər nəticəsində radikal, zərərli dini cərəyanların fəaliyyəti xeyli zəiflədilib, ölkədən kənarda qanunsuz silahlı birləşmələrə qoşulma halları aradan qaldırılıb.

Sonra çıxış edən DTX-nın Şabran rayon şöbəsinin əməkdaşları Fariz Nağıyev beynəlxalq terrorizmin bir qolu kimi dini radikalizmə qarşı mübarizənin qanunvericilik əsaslarını şərh edib.

Son xəbərlər

Orphus sistemi