Vladimir Fekete: "Roma Papasının səfəri tolerant ölkə kimi Azərbaycana hörmət əlamətidir"

Vladimir Fekete: "Roma Papasının səfəri tolerant ölkə kimi Azərbaycana hörmət əlamətidir" "Qarşıdakı səfər əlaqələrimizi yeni səviyyəyə çıxarmağa yardım edəcək"
Din
14 Sentyabr , 2016 11:20
Vladimir Fekete: Roma Papasının səfəri tolerant ölkə kimi Azərbaycana hörmət əlamətidir

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Roma Papasının səfəri tolerant ölkə kimi Azərbaycana hörmət əlamətidir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycandakı Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete Roma Papasının Bakıya edəcəyi səfərlə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Vatikan arasındakı münasibətlər müsbətdir və qarşıdakı səfər əlaqələri yeni səviyyəyə çıxarmağa yardım edəcək.

Qeyd edək ki, Roma Papası Azərbaycana oktyabrın 2-də gələcək. Papanın Bakıya səfəri Bakirə Müqəddəs Məryəm katolik kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

Elə həmin gün axşam Papa Vatikana qayıdacaq.

Son xəbərlər

Orphus sistemi