Vatikan nümayəndə heyəti Azərbaycana gələcək

Vatikan nümayəndə heyəti Azərbaycana gələcək Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda fevralın 11-də Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasim keçiriləcək.
Din
7 Fevral , 2018 12:20
Vatikan nümayəndə heyəti Azərbaycana gələcək

Bakı. 7 fevral. REPORT.AZ/ Bakıda fevralın 11-də Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Feketenin yepiskop rütbəsinə yüksəldilməsinə həsr olunmuş mərasim keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Katolik Kilsəsinin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, müvafiq ritual Bakirə Müqəddəs Məryəm katolik kilsəsinin binasında keçiriləcək. Mərasimdə Vatikan, eləcə də Rusiya və Gürcüstanın Katolik Kilsələrinin nümayəndə heyətləri iştirak edəcək.

Fevralın 13-də Bakıda bu hadisə ilə əlaqədar rəsmi ziyafət veriləcək və orada Azərbaycan siyasətçiləri və ictimai xadimləri iştirak edəcəklər.

Xatırladaq ki, ötən ilin dekabr ayında Vatikan Roma Papası Fransiskin müvafiq fərmanla V.Feketeni yepiskop rütbəsinə qaldırdığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi