Tərtərdə dini maarifləndirici tədbir keçirilib

Tərtərdə dini maarifləndirici tədbir keçirilib Tədbirdə radikal dini cərəyanlardan, onların təbliğat metodlarından danışılıb
Din
13 Dekabr , 2016 20:35
Tərtərdə dini maarifləndirici tədbir keçirilib

Bakı 13 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Tərtər rayon “Cümə” məscidi dini icması tərəfindən Tərtər şəhər Gənclər Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, rayon gəncləri, icma üzvləri və dindarlar iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov məruzəsində radikal dini cərəyanlardan, onların təbliğat metodlarından, fəaliyyətlərindən və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından söz açıb.

Məruzə ətrafında Tərtər rayon "Cümə" məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Səhləbad kənd tam orta məktəbinin müəllimi Səbuhi İbrahimov çıxış ediblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərancama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə vəsaiti əsasında həyata keçirilib. 

Son xəbərlər

Orphus sistemi