​Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyəyə səfərə gedəcək

​Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyəyə səfərə gedəcək Allahşükür Paşazadə İstanbulda keçirilən 19-cu Avrasiya İqtisadi Zirvə toplantısında iştirak edəcək
Din
4 Aprel , 2016 16:26
​Qafqaz Müsəlmanları İdarəsinin sədri Türkiyəyə səfərə gedəcək

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçirilən 19-cu Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyə Cümhuriyyətinə səfərə yola düşür.

Bu barədə “Report”a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfər “Mərmərə” qrupu strateji və sosial araşdırmalar vəqfinin baş direktoru Akkan Süverin dəvəti ilə həyata keçirilir. QMİ sədri tədbirdə məruzə ilə çıxış edəcək.

Səfərdə QMİ sədrini Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr, Roma Katolik kilsəsinin Bakıdakı ordinatoru Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri icmasının başçısı Melix Yevdayev müşayiət edəcəklər.

Səfər müddətində şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rum Patriarxı Varfolomeylə, yerli Ravvin İzak Haleva və yerli katolik icmasının monsinyoru ilə görüşləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi