Mübariz Qurbanlı: "Nardaranda dini icmaların yaradılması istiqamətində iş aparılır"

Mübariz Qurbanlı: "Nardaranda dini icmaların yaradılması istiqamətində iş aparılır" "2016-cı ilin əvvəllərində qəsəbədə dini icma tam formalaşdırılacaq"
Din
17 Dekabr , 2015 15:48
Mübariz Qurbanlı: Nardaranda dini icmaların yaradılması istiqamətində iş aparılır

Bakı. 17 dekabr. REPORT.AZ/ "Hazırda Nardaran qəsəbəsində dini icmaların yaradılması istiqamətində iş aparılır".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, məscid varsa, orda mütləq dini icma da olmalıdır: "Nardarandakı məscidlərdə dini icmalar yaradıldıqdan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dini ayinləri icra edən səlahiyyətli nümayəndələr təyin ediləcək. Həmin nümayəndələr Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçdikdən sonra məscidlərdə imamlıq və ya axundluq edə biləcəklər. Hazırda Nardaranda yeni dini icmanın yaradılması istiqamətində iş aparılır".

M.Qurbanlı vurğulayıb ki, 2016-cı ilin əvvəllərində qəsəbədə dini icma tam formalaşdırılacaq və yalnız bundan sonra məscidlər fəaliyyətlərini davam etdirə biləcəklər.

Son xəbərlər

Orphus sistemi