Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi

Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi “Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb”.
Din
29 Avqust , 2020 22:28
Masallıda Aşura keçirilməsi ilə bağlı yayılan videoya aydınlıq gətirildi

“Bəzi sosial şəbəkələrdə bu gün Masallı rayonunun Sirəbil kəndində Aşura mərasiminin keçirilməsi ilə bağlı videogörüntülər paylaşılıb”.

Daxili İşlər Nazirliynin Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan “Report”un Cənub Mərkəzinə verilən məlumata görə həmin görüntü 2017-ci ildə keçirilmiş mərasim zamanı çəkilib.

“Bu il Aşura mərasimi ilə bağlı həmin kənddə və ümumiyyətlə Masallı rayonunda xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq hər hansı kütləvi tədbir keçirilməyib. Bir daha sosial şəbəkə istifadəçilərini həqiqəti əks etdirməyən, təhrif olunmuş məlumatlar paylaşmaqdan çəkinməyə çağırırıq” deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi