Komitə sədri: "Azərbaycanda radikal qrupların kök atması və genişlənmələrinin qarşısı alınıb"

Komitə sədri: "Azərbaycanda radikal qrupların kök atması və genişlənmələrinin qarşısı alınıb" Bakı. 27 dekabr. REPORT.AZ/ Bu il ərzində Azərbaycanda dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində Qafqaz Müsəlmanları İdarəsi, hüquq mühafizə orqanları və digər qurumlarla birgə hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirilib.
Din
27 Dekabr , 2017 13:28
Komitə sədri: Azərbaycanda radikal qrupların kök atması və genişlənmələrinin qarşısı alınıb
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı / Report/ Orkhan Azim

Bakı. 27 dekabr. REPORT.AZ/ "Bu il ərzində Azərbaycanda dini radikalizm, xurafat və ekstremizmə qarşı mübarizə sahəsində Qafqaz Müsəlmanları İdarəsi, hüquq mühafizə orqanları və digər qurumlarla birgə hüquqi, ideoloji və iqtisadi müstəvidə tədbirlər həyata keçirilib".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, nəticədə Azərbaycanda radikal qrupların əsasları, onların hansısa formada kök atması və bu istiqamətdə genişlənmələrinin qarşısı alınıb.

"Əminik ki, Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur. Ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir. Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir" - deyə komitə sədri əlavə edib. 

Son xəbərlər

Orphus sistemi