İlahiyyat İnstitutunun rektoru: "Azərbaycan ilahiyyatçıları ingilis və rus dillərini öyrənməlidirlər"

İlahiyyat İnstitutunun rektoru: "Azərbaycan ilahiyyatçıları ingilis və rus dillərini öyrənməlidirlər" Bakı. 20 noyabr. REPORT.AZ/ “Bu gün İslam mədəniyyəti mövzusuna çox da diqqət ayıra bilmirik”.
Din
20 Noyabr , 2018 11:52
İlahiyyat İnstitutunun rektoru: Azərbaycan ilahiyyatçıları ingilis və rus dillərini öyrənməlidirlər
Azərbaycan İlahiyyat İnstitunun rektoru Ceyhun Məmmədov / Report
0 : 00
0 : 00

Bakı. 20 noyabr. REPORT.AZ/ “Bu gün İslam mədəniyyəti mövzusuna çox da diqqət ayıra bilmirik”.

“Report” xəbər verir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov "Mənəvi dəyərlərin təbliğində dini təhsil amili" mövzusunda keçirilən konfrasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan mədəniyyəti İslam mədəniyyətinin tərkib hissələrindən biridir: “Əvvəlki dövrlərdə yazılan bəzi kitablarda ibadət, iman mövzusu qabardılıb və əxlaqa az yer ayırılıb. Bunun özü mənfi təsirlərə səbəb olub. Azərbaycan İslamı fikrini yaratmaq çox vacibdir. Özünəməxsusluğumuzu biruzə verməliyik".

Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə bildirib ki, bu gün Azərbaycanda dinə münasibət birmənalı deyil: “Bu gün insanların bəziləri dinə ironiya ilə yanaşırlar, bunun obyektiv və subyektiv səbəbləri var. Bu bizim hamımızın problemidir. Müxtəlif qüvvələr kimlərisə qarşı qarşıya gətirmək istəyirlər".

Rektor qeyd edib ki, İslam mədəniyyətinə töhfə verən alimlərin bir qismi bu bölgədə yetişib: "Bu bölgə İslam mədəniyyətinə, İslam tarixinə bir çox tarixi şəxsiyyətlər bəxş edib. Bu gün Azərbaycanda din sahəsinə böyük diqqət var".

C.Məmmədov əlavə edib ki, sosial şəbəkələrdə məzhəb təbliğatının aparılmasına cəhd edilir: "Bunların qarşısının alınmasında ən böyük məsuliyyət ilahiyyatçıların üzərinə düşür. İslamın intibah dövründə insanlar dini biliklərlə yanaşı, dünyəvi biliklər də əldə edirdi. Bu gün qarşımızda duran əsas hədəflərdən biri elə ilahiyyatçılar yetişdirməkdir ki, onların dünyəvi bilikləri yüksək olsun. Bu gün ingilis və rus dillərində bilən ilahiyyatçı azdır və reallıqları xaricdə təbliğ edəcək insanlara ehtiyac var".

Son xəbərlər

Orphus sistemi