"Heydər" məscidində 20 Yanvar şəhidləri anılacaq

"Heydər" məscidində 20 Yanvar şəhidləri anılacaq Cümə namazında şəhidlərlə bağlı xütbə oxunacaq
Din
19 Yanvar , 2017 18:16
Heydər məscidində 20 Yanvar şəhidləri anılacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ "Heydər" məscidində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunacaq.

Bu barədə "Report"a məscidin axundu Rüfət Qarayev məlumat verib. 

Onun sözlərinə görə, yanvarın 20-də məsciddə qılınacaq cümə namazında şəhidlərin ruhuna dualar oxunacaq: "Namazdan sonra şəhidlik haqqında, eləcə də 20 Yanvar şəhidləri ilə bağlı məlumatlar veriləcək, islamda şəhidlik zirvəsinin hansı yerə sahib olduğu barədə ətraflı bəhs olunacaq, xütbə oxunacaq".

Son xəbərlər

Orphus sistemi