Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edib

Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edib Bakı. 19 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi elan edib.
Din
19 Mart , 2018 12:51
Dövlət Komitəsi dini icmalar arasında müsabiqə elan edib
Report

Bakı. 19 mart. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların üzvləri arasında “Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri” mövzusunda məqalə müsabiqəsi elan edib.

Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müsabiqənin şərtləri aşağıdakı kimidir:

- Məqalə mövzuya uyğun olmalıdır;

- Müsabiqə elan olunduqdan sonra məqalələr qəzet, informasiya agentlikləri və ya xəbər saytlarında dərc edilməlidir;

- Məqalənin həcmi 8 000 işarədən artıq olmamalıdır (1,5 aralıq məsafə ilə təxminən 3-4 A4 formatlı vərəq həcmində);

- Yazılar qəzetdə dərc olunarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) və 1 nüsxə qəzet şəklində Dövlət Komitəsinə təqdim edilməlidir;

- Elektron media resursunda yayımlanarsa: A4 formatlı vərəqdə (Times New Roman 14 şrift) çap olunmalı və link əlavə edilərək Dövlət Komitəsinə təqdim olunmalıdır.

2. Mükafat

I yer – 500 AZN

II yer – 400 AZN

III yer – 300 AZN

Hər biri 100 manat olmaqla üç həvəsləndirici mükafat

3. Məqalələr 27 mart – 17 aprel tarixlərində təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi