Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb

Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb Onlarla insan qan vermək üçün növbə gözləyirlər
Din
4 Noyabr , 2014 10:20
Azərbaycanda Aşura günü ilə əlaqədar qanvermə aksiyası başlayıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda Aşura günü ilə əlaqədar insanlar qan verir.

"Report"un məlumatına görə, qanvermə aksiyası səhər saatlarından başlayıb.

Onlarla insan qan vermək üçün növbə gözləyirlər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günündə məscid və ziyarətgahlarda qanvermə aksiyası təşkil edib.

Qanvermə aksiyası ümumilikdə 14 məscid və ziyarətgahda keçirilir. Bunlar Yasamal rayonu “Təzə-pir” məscidi, Yasamal rayonu “Hacı Soltanəli” məscidi, Nəsimi rayonu “Əjdərbəy” məscidi, Səbail rayonu “Bibi-Heybət” məscidi, Səbail rayonu "İçərişəhər cümə məscid"i, Suraxanı rayonu "Qaraçuxur" məscidi, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidi, Nizami rayonu "Keşlə qəsəbə məscid"i, Sumqayıt şəhər “Cümə” məscidi, Gəncə şəhər “İmamzadə” məscidi, Mingəçevir şəhər “Heydər” məscidi, Şəki şəhər “Cümə” məscidi, Lənkəran şəhəri "Böyükbazar" məscidi və Bərdə şəhər “Cümə” məscididir.

Qeyd edək ki, bu il Aşura noyabrın 4-ü tarixinə təsadüf edir.

Son xəbərlər

Orphus sistemi