Allahşükür Paşazadə Rusiya azərbaycanlıları ilə görüşüb - VİDEO - YENİLƏNİB

Allahşükür Paşazadə Rusiya azərbaycanlıları ilə görüşüb - VİDEO - YENİLƏNİB Şeyxülislam məscid məsələsini hər zaman diqqət mərkəzində saxladığını bildirib
Din
30 Yanvar , 2019 19:25
Allahşükür Paşazadə Rusiya azərbaycanlıları ilə görüşüb - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 18:28

Moskva. 30 yanvar. REPORT.AZ/ Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlılarla görüşüb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, əvvəlcə Azərbaycanın ümummilli lideri  Heydər Əliyevin səfirlikdə barelyefi önünə gül dəstələri qoyulub.

Azərbaycanlı icmaların nümayəndələri ilə baş tutan görüş zamanı səfir Polad Bülbüloğlu şeyxülislamı Azərbaycan səfirliyində salamlayaraq son zamanlar Moskvada Azərbaycan məscidi ətrafında baş verən problemlərə toxunub, problemin həlli yolları barədə müzakirə aparılacağını bildirib. Allahşükür Paşazadə isə məscid məsələsini hər zaman diqqət mərkəzində saxladığını bildirib: “Mən Moskvaya gəlməmişdən əvvəl Rusiya patriarxı Kirillə, Moskva meri Serqey Sobyaninə müraciət etmişəm. Bu gün patriarx Kirillə görüşdə azərbaycanlılara məscid inşa etmək üçün yer ayrılmasını da xahiş etdim. Düşünürəm ki, nə baş verirsə, bu, yaxşılığadır. Biz səfirlə bərabər sizə söz veririk ki, bu məsələnin həlli üçün əlimizdən gələni edəcəyik”, - şeyxülislam bildirib.

Görüş qarşılıqlı müzakirələr ilə davam edib. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi