Yaponiyanın baş naziri KXDR-lə dialoqu mənasız adlandırıb

Yaponiyanın baş naziri KXDR-lə dialoqu mənasız adlandırıb Bakı. 26 yanvar. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, rəsmi Pxenyanın nüvə-raket proqramının davam etdirməsi şəraitində Şimali Koreya ilə dialoq mənasızdır.
Digər ölkələr
26 Yanvar , 2018 07:26
Yaponiyanın baş naziri KXDR-lə dialoqu mənasız adlandırıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib ki, rəsmi Pxenyanın nüvə-raket proqramının davam etdirməsi şəraitində Şimali Koreya ilə dialoq mənasızdır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Şimali Koreya özünün nüvə-raket proqramını inkişaf etdirirsə, dialoq naminə dialoqun heç bir mənası yoxur”, - deyə yaponiyalı baş nazir parlamentdəki dinləmələrdə qeyd edib.

Yanvarın 9-da Şimali Koreya və Koreya Respublikası şimallıların Pxonçxanda keçiriləcək Qış Olimpiya oyunlarında iştirak etməsinə dair razılıq və dialoqun bərpa edilməsinə nail olub. İki Koreya dövləti arasındakı mübahisəli ayrıcı xəttin keçdiyi Sarı dənizdə hərbi insidentlərin qarşısının alınması məqsədilə hərbçilər arasında "Qaynar xətt" bərpa edilib. 

Son xəbərlər

Orphus sistemi