Vyanada jurnalist qətlə yetirilib

Vyanada jurnalist qətlə yetirilib Avstriyalı idman jurnalisti və fotoqraf Friç Duras Vyanada qətlə yetirilib.
Digər ölkələr
22 Avqust , 2019 05:24
Vyanada jurnalist qətlə yetirilib

Avstriyalı idman jurnalisti və fotoqraf Friç Duras Vyanada qətlə yetirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq İdman Mətbuat Assosiasiyası məlumat yayıb.

Qeyd olunub ki, hadisə 19 avqust, gecə saatlarında Vyanın Zimmerinq rayonunda qeydə alınıb. Qatil 17 yaşlı gəncdir. Onun hansı məqsədlə 57 yaşlı jurnalistə hücum etməsi məlum deyil.

Bundan başqa mərhum jurnalist Vyanadakı “Austrii” fan-klubunun rəhbəri idi. O, futbol üzrə ixtisaslaşmış Robert Zolles agentliyində də fotoqraf kimi çalışırmış.

Son xəbərlər

Orphus sistemi