Venesuelanın Milli Müəssislər Məclisinin başçısı Diosdado Kabeloya koronavirus diaqnozu qoyulub.
"Report" "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə o özü
Siyasətçi qeyd edib ki, onun COVID-19 testinin nəticəsi müsbət olub.
"Mən artıq təcrid edilirəm və təyin edilmiş müalicə kursu keçirəm", - Kabelo yazıb.
Qeyd edək ki, Venesuela dünyada koronavirusa yoluxma hallarının sayına görə 76-cı yerdədir. Son məlumatlara görə, ölkədə koronavirusa 8 008 yoluxma qeydə alınıb. Ölkədə 75 nəfər virusun qurbanı olub. Hazırda Venesuelada 5 833 aktiv koronavirus xəstəsi var.