İspaniyada 16 nəfər yeni virusdan xəstəxanaya yerləşdirildi

İspaniyada 16 nəfər yeni virusdan xəstəxanaya yerləşdirildi İspaniyanın cənubunda yerləşənƏndəlüsregionunda yeni meninqoensefalit adlı yeni virus tapılıb.
Digər ölkələr
12 Avqust , 2020 22:31
İspaniyada 16 nəfər yeni virusdan xəstəxanaya yerləşdirildi

İspaniyanın cənubunda yerləşən Əndəlüs regionunda yeni meninqoensefalit adlı yeni virus tapılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, 16 nəfər bu yeni virusa yoluxub, onlardan 5-i reanimasiyaya yerləşdirilib. 

Bildirilir ki, ilk olaraq 18 şəxsdə virusa yoluxma halı aşkarlanıb, onlardan cəmi 2-si ev şəraitində müalicə alır. Xəstələrin hamısı Sevilya əyalətində yaşayırlar.

"ABC" qəzetinin araşdırmasına görə, xəstəlik "aedes japonicus" ağcaqanadının dişləməsi səbəbindən ola bilər.

Son xəbərlər

Orphus sistemi