Türkiyə İŞİD-lə mübarizədə ABŞ-a öz aviabazalarından istifadə etməyə icazə verib

Türkiyə İŞİD-lə mübarizədə ABŞ-a öz aviabazalarından istifadə etməyə icazə verib Rəsmi Ankara İŞİD-ə qarşı mübarizə aparan suriyalı döyüşçülər üçün təlim düşərgəsinin yerləşdirilməsinə də razılaşıb
Digər ölkələr
13 Oktyabr , 2014 14:42
Türkiyə İŞİD-lə mübarizədə ABŞ-a öz aviabazalarından istifadə etməyə icazə verib
Bakı. 13 oktyabr. REPORT.AZ/ Türkiyə İraq və Suriyada fəaliyyət göstərən "İslam Dövləti" (İŞİD) qruplaşmasının yaraqlılarına qarşı hava əməliyyatlarının keçirilməsi üçün ABŞ və onun müttəfiqlərinə öz aviabazalarına girişi təmin edib. "Report" xəbər verir ki, bu barədə "Associated Press" anonim mənbələrə istinadən məlumat yayıb. 

Mənbənin verdiyi məlumata görə, rəsmi Ankara İŞİD-ə qarşı mübarizə aparan suriyalı döyüşçülər üçün təlim düşərgəsinin ölkə ərazisində yerləşdirilməsinə də icazə verib. Söhbət dörd min döyüşçüdən gedir.

Suriyalı kürdlər artıq üç həftədir ki, Türkiyə ilə sərhəddə yerləşən və kürd müxtariyyətinin paytaxtı hesab edilən Kobani şəhərini İŞİD yaraqlılarından müdafiə edirlər. Şəhər yaraqlılar üçün strateji əhəmiyyətə malikdir, çünki Kobanini ələ keçirdikdən sonra onlar Suriya-Türkiyə sərhədinin böyük qisminə nəzarət edəcəklər. Mühasirə dövründə təxminən 200 min dinc sakin qonşu Türkiyəyə qaçıb. 

Son xəbərlər

Orphus sistemi