Türkiyədə koronavirusa yoluxanların sayı 223 minə çatır

Türkiyədə koronavirusa yoluxanların sayı 223 minə çatır Son gün ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb.
Digər ölkələr
10 Avqust , 2020 21:59
Türkiyədə koronavirusa yoluxanların sayı 223 minə çatır

Son gün ərzində Türkiyədə koronavirusdan daha 14 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin məlumatına görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 858 nəfərə çatıb.

Fahrettin Koca qeyd edib ki, son sutkada COVID-19-a 1 193 yoluxma aşkarlanıb. Beləliklə, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 241 997-yə yüksəlib.

Eyni zamanda son sutkada virusa yoluxmuş 1 211 pasiyent sağalıb. Hazırda Türkiyədə koronavirusdan sağalanların sayı 224 970 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi