Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçdi

Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçdi Bu gün Türkiyədə daha 17nəfər koronavirusdan ölüb.
Digər ölkələr
31 İyul , 2020 21:33
Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçdi
Fahrettin Koca / Fahrettin Koca

Bu gün Türkiyədə daha 17 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 691 nəfərə çatıb.

Fahrettin Kocanın sözlərinə görə, son sutkada koronavirusa 982 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin sayı 230 873 nəfərə yüksəlib.

Son sutkada daha 996 pasiyent sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların sayı 214 535 nəfərdir.   

Son xəbərlər

Orphus sistemi