Tripolidə yaraqlılar nümayişçilərə atəş açıblar

Tripolidə yaraqlılar nümayişçilərə atəş açıblar Zərərçəkənlər barədə məlumat yoxdur
Digər ölkələr
18 Mart , 2017 02:44
Tripolidə yaraqlılar nümayişçilərə atəş açıblar

Bakı. 18 mart. REPORT.AZ/ Cümə günü axşam Liviyanın paytaxtı Tripolidə yerli qruplaşmalardan birinin yaraqlıları bütün qanunsuz silahlı birləşmələrin şəhərdən çıxmasını tələb edən nümayişçilərə atəş açıblar.

"Report" xəbər verir ki, bu barədə fəal və hüquq müdafiəçisi İsam Tacuri RİA "Novosti"yə məlumat verib.

Onun sözlərinə görə, nümayişdə bir neçə yüz adam iştirak edib.

"Yaraqlılar Liviya paytaxtının mərkəzində yerləşən Əş-Şühəda meydanında atıcı silahlardan nümayişçilərə atəş açaraq onları dağıtmağa çalışıblar. İnsanlar ordunun birləşməsini və qanunsuz silahlı qruplaşmaları paytaxtdan qovmasını tələb ediblər", - deyə Tacuri bildirib.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi