Trampın iqtisadiyyat üzrə müşaviri istefa verib

Trampın iqtisadiyyat üzrə müşaviri istefa verib Qeri Kon ABŞ Administrasiyasının vəzifədən gedən ikinci məmurudur
Digər ölkələr
7 Mart , 2018 05:57
Trampın iqtisadiyyat üzrə müşaviri istefa verib

Bakı. 7 mart. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın iqtisadiyyat üzrə məsləhətçisi Qeri Kon yaxın həftələrdə istefaya getmək qərarına gəldiyini bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Kon Trampın Birləşmiş Ştatlara polad və alümin idxalına iqtisadi rüsum tətbiq etmək qərarı fonunda vəzifəsindən gedir.

Bu qərarı həm ABŞ-ın iqtisadi tərəfdaşları, həm də Trampın bəzi həmpartiyalıları dəstəkləməyib.

Qeri Kon ABŞ Administrasiyasının vəzifəsindən getdiyini bildirən ikinci məmuru olub. Bundan əvvəl belə bir qərarı Ağ Evin kommunikasiyalar üzrə direktoru Houp Hiks qəbul edib.

Son xəbərlər

Orphus sistemi