ABŞ prezidenti Donald Tramp dövlət katibinin birinci müavini Con Sallivanın Birləşmiş Ştatların Rusiya Federasiyasında yeni səfiri kimi təyinatı imkanlarını istisna etməyib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Rumıniya prezidenti Klaus Yohannilə Ağ Evdə görüşü zamanı jurnalistlərə bildirib.
Tramp Sallivanın namizədliyinin irəli sürülməsi imkanı haqqında suala cavabında "bu, tamamilə ola bilər", - deyib.
Daha əvvəl "The New York Times" qəzeti Amerika administrasiyasının Salivanın bu vəzifəyə namizədliyini irəli sürmək planları haqqında xəbər verib.