Tramp Livana "əhəmiyyətli dərəcədə" kömək vəd verdi

Tramp Livana "əhəmiyyətli dərəcədə" kömək vəd verdi ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Livana "əhəmiyyətli" kömək edəcək.
Digər ölkələr
10 Avqust , 2020 04:58
Tramp Livana əhəmiyyətli dərəcədə kömək vəd verdi
0 : 00
0 : 00

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar Livana həmiyyətli" kömək edəcək.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Çox ölkələr (Livana-red) kömək etməyə hazırlaşırlar", - Tramp jurnalistlərə deyib. ABŞ rəhbəri Fransa prezidenti Emmanuel Makronun çağırdığı Livana yardım üzrə liderlər qrupunun müşavirəsində iştirak edib.

ABŞ-ın Livana nə qədər vəsait ayıracağı barədə suala Tramp belə cavab verib: "Bu, əhəmiyyətli olacaq".

O, xatırladıb ki, ABŞ daha əvvəl Beyruta yardımla üç hərbi-nəqliyyat təyyarəsi göndərib.

Dağıdıcı partlayış avqustun 4-də Beyrutun dəniz limanında, Livanın Hərbi-Dəniz Qüvvələrinin bazası yaxınlığında baş verib.

Son xəbərlər

Orphus sistemi