Taylandda partlayış nəticəsində 4 nəfər ölüb

Taylandda partlayış nəticəsində 4 nəfər ölüb ​Partlayış nəticəsində regionda təhlükəsizliyi təmin edən könüllülər dəstəsinin üzvləri xəsarət alıb
Digər ölkələr
13 Noyabr , 2015 10:15
Taylandda partlayış nəticəsində 4 nəfər ölüb

Bakı. 13 noyabr. REPORT.AZ/ Taylandda partlayış nəticəsində 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb. "Report" " Reuters"ə istinadən xəbər verir ki, partlayış ölkənin cənubundakı Pattani əyalətində baş verib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış nəticəsində regionda təhlükəsizliyi təmin edən könüllülər dəstəsinə üzv olan yerli sakinlər xəsarət alıb. Partlayıcı maddə könüllülərin olduğu yol kənarındakı binaya yerləşdirilibmiş. Polis bu hücuma görə regionda fəaliyyət göstərən separatçıların məsuliyyət daşıdığını düşünür.

Son xəbərlər

Orphus sistemi