Tailandın keçmiş baş naziri ölkədən qaçıb

Tailandın keçmiş baş naziri ölkədən qaçıb O, rüşvətxorluqda ittiham olunur
Digər ölkələr
25 Avqust , 2017 17:56
Tailandın keçmiş baş naziri ölkədən qaçıb

Bakı. 25 avqust. REPORT.AZ/ “Tailandın keçmiş baş naziri Yinqlak Çinnavatın ölkəni tərk etməsinə şübhə yoxdur”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu sabiq hökumət başçısının lideri olduğu “Tailand üçün” Partiyadan bildiriblər.

Lakin Y.Çinnavatın getdiyi dövlətin adı açıqlanmayıb. 

Məlumata görə, Tailand məhkəməsi onu Cinayət Məcəlləsinin rüşvət almaq maddəsi ilə ittiham edir. Sabiq baş nazir çəltiyin becərilməsi üzrə subsidiya proqramının həyata keçirilməsi zamanı rüşvət almaqda günahkar bilinir. Məhkəmə avqustun 25-də onun həbs edilməsi barədə qərar qəbul edib. Ancaq keçmiş baş nazir məhkəmə iclasında iştirak etməyib.

Qeyd edək ki, Tailand prokurorluğu 2015-ci il fevralın 15-də Y.Çinnavataya qarşı rəsmi ittiham irəli sürüb. İttihamlar təsdiqlənərsə, onu 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir. Keçmiş baş nazir isə bu ittihamı qəbul etmir. 

Son xəbərlər

Orphus sistemi