Suriyada İŞİD "Ən-Nüsra"nın iki xlor balonunu ələ keçirib - VİDEO

Suriyada İŞİD "Ən-Nüsra"nın iki xlor balonunu ələ keçirib - VİDEO Bakı. 11 oktyabr. REPORT.AZ/ Suriyada İŞİD terror təşkilatının yaraqlıları Ən-Nüsra terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.
Digər ölkələr
11 Oktyabr , 2018 06:52
Suriyada İŞİD Ən-Nüsranın iki xlor balonunu ələ keçirib - VİDEO

Bakı. 11 oktyabr. REPORT.AZ/ Suriyada İŞİD terror təşkilatının yaraqlıları "Ən-Nüsra" terrorçularına hücum edərək iki xlor balonunu ələ keçiriblər.

“Report” xəbər verir ki, bu barədə Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzi məlumat yayıb.

"Oktyabrın 9-u axşam Əl-Latamna yaşayış məntəqəsi ərazisində İŞİD yönümlü qruplaşmalardan birinin quldur dəstəsi "Həyat Təhrir əş-Şam" terror təşkilatı dəstəsinin qərargahına (Keçmiş "Cəbhat ən Nüsra") hücum edib", — deyə məlumatda bildirilir.

Qeyd olunur ki, silahlı qarşıdurma nəticəsində 4 terrorçu və "Ağ dəbilqəlilər"in iki əməkdaşı öldürülüb.

"Qərargahdan iki xlor balonu aparılıb", - deyə Mərkəz qeyd edib.

Bildirilir ki, balonlar Hələbin cənubuna aparılıb və İŞİD ilə birləşdirilmiş terror qruplaşmasının yaraqlılarına təhvil verilib.

Xatırladaq ki, bir müddət əvvəl BMT-nin xüsusi nümayəndəsi İdlibdə olan terrorçuların sayını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi