​Suriyada aviazərbələr nəticəsində 40 İŞİD silahlısı zərərsizləşdirilib

​Suriyada aviazərbələr nəticəsində 40 İŞİD silahlısı zərərsizləşdirilib Terrorçuların 16 avtomobili sıradan çıxarılıb
Digər ölkələr
19 Oktyabr , 2015 03:56
​Suriyada aviazərbələr nəticəsində 40 İŞİD silahlısı zərərsizləşdirilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Suriyanın Hama vilayətinə endirilən hava zərbələri nəticəsində "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) ən azı 40 üzvü zərərsizləşdirilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Suriyada İnsan Haqları üzrə Müşahidə Şurasının məlumatında bildirilir.

Qeyd olunur ki, şənbə günü həyata keçirilən aviahücum nəticəsində, həmçinin terrorçuların 16 avtomobili məhv edilib.

Son xəbərlər

Orphus sistemi