Bakı. 3 fevral. REPORT.AZ/ Suriyada vətəndaş müharibəsinə son qoyulması məqsədilə Cenevrədə keçirilən danışıqların müvəqqəti olaraq dayandırılmasına müxalifət nümayəndələrinin mövqeyi səbəb olub.
"Report" "Gazeta.Ru"-ya istinadən xəbər verir ki, bu barədə Suriya hökumətinin nümayəndə heyətinin rəhbəri, bu ölkənin BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bildirib.
Cəfəri qeyd edib ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura danışıqların iflasa uğramasının qarşısı almaq üçün növbəti görüşü fevralın 25-dək təxirə salınıb.
"Müxalifət nümayəndələri dialoq masasını tərk etmək istəyib. Mistura da çıxış yolu kimi danışıqları tıxirə salıb", - deyə hökumət nümayəndəsi qeyd edib.