​Sloveniya sabiq prezidentin namizədliyini BMT baş katibi postuna irəli sürüb

​Sloveniya sabiq prezidentin namizədliyini BMT baş katibi postuna irəli sürüb Müvafiq bildiriş ölkə missiyası tərəfindən təşkilatın katibliyinə göndərilib
Digər ölkələr
11 Fevral , 2016 07:31
​Sloveniya sabiq prezidentin namizədliyini BMT baş katibi postuna irəli sürüb

Bakı. 11 fevral. REPORT.AZ/ Sloveniya sabiq prezident Danilo Türkun namizədliyini BMT baş katibi postuna rəsmən irəli sürüb. Müvafiq bildiriş ölkə missiyası tərəfindən təşkilatın katibliyinə göndərilib.

"Report" xəbər verir ki, müəyyən edilmiş prosedura əsasən, əldə olunan məktubun nüsxəsi qurumun Baş Assambleyasının sədri Moqens Lükketoft və Təhlükəsizlik Şurasının rəhbəri Rafael Ramires tərəfindən imzalanaraq BMT yanındakı bütün daimi nümayəndələrə göndərilib.

Türk 2007-2012-ci illərdə Sloveniya prezidenti olub.

BMT-nin baş katibi postuna seçkiqabağı kampaniyaya 2015-ci ilin dekabrında start verilib.

Son xəbərlər

Orphus sistemi