Bakı. 31 mart. REPORT.AZ/ Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və müdafiə naziri Məhəmməd bin Salman bildirib ki, Suriya prezidenti Bəşər Əsəd vəzifəsindən getməyəcək və mühüm olan onun İran maraqlarının bələdçisi olmamasıdır.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, Səudiyyə siyasətçisi bunu Amerikanın "Time" jurnalına müsahibəsində deyib.
"Bəşər Əsəd qalacaq. Lakin mən inanıram ki, Bəşərin maraqlarına iranlıların istədiklərini etmələrinə izn vermək daxil deyil", - deyə vəliəhd bildirib.
Bu günədək Ər-Riyad bəyan edirdi ki, Əsəd hakimiyyətdən getməlidir.