Səudiyyə Ərəbistanının şahzadəsi: "10-15 il sonra İranla müharibə başlaya bilər"

Səudiyyə Ərəbistanının şahzadəsi: "10-15 il sonra İranla müharibə başlaya bilər" Məhəmməd bin Salman əl Səud: "Hərbi münaqişədən qaçmaq üçün müvəffəqiyyət qazanmaq lazımdır"
Digər ölkələr
30 Mart , 2018 05:54
Səudiyyə Ərəbistanının şahzadəsi: 10-15 il sonra İranla müharibə başlaya bilər
Foto: "Reuters"

Bakı. 30 mart. REPORT.AZ/ Əgər Ər-Riyadın hərbi münaqişənin başlamamasına yönəldilmiş səyləri müvəffəqiyyətlə nəticələnməsə, 10-15 il sonra Səudiyyə Ərəbistanı və İran arasında müharibə başlaya bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Amerikanın "The Wall Street Journal" qəzetinə müsahibəsində Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səud xəbərdarlıq edib.

O, növbəti dəfə İran İslam Respublikası rejiminə təzyiqin gücləndirilməsi məqsədi ilə Tehran barəsində sanksiya rejiminin sərtləşməsinə fikrini bildirib.

"Hərbi münaqişədən qaçmaq üçün bizə müvəffəqiyyət qazanmaq lazımdır", - deyə şahzadə qeyd edib. Qeyd edək ki, o, keçən həftə ABŞ prezidenti Donald Trampla İrana əks təsiri, İŞİD terror qruplaşmasıyla mübarizəni və Yəməndə vəziyyəti müzakirə edib.

"Əgər biz çalışmalarımızda müvəffəqiyyət qazanmasaq, ehtimal ki, 10-15 il sonra İranla müharibə olacaq", - deyə Məhəmməd bin Salman əl Səud xəbərdarlıq edib. 

Son xəbərlər

Orphus sistemi