Sarkozinin partiyasının rəhbəri onun tutulmasını alçaldıcı adlandırıb

Sarkozinin partiyasının rəhbəri onun tutulmasını alçaldıcı adlandırıb Bakı. 21 mart. REPORT.AZ/ Fransanın Respublikaçılar partiyasının sədri Loran Vokye qurumun keçmiş rəhbəri və ölkənin sabiq prezidenti Nikolya Sarkozinin saxlanılmasını mənasız və alçaldıcı adlandırıb.
Digər ölkələr
21 Mart , 2018 05:58
Sarkozinin partiyasının rəhbəri onun tutulmasını alçaldıcı adlandırıb

Bakı. 21 mart. REPORT.AZ/ Fransanın "Respublikaçılar" partiyasının sədri Loran Vokye qurumun keçmiş rəhbəri və ölkənin sabiq prezidenti Nikolya Sarkozinin saxlanılmasını "mənasız və alçaldıcı" adlandırıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə o öz "Twitter" əkkauntunda yazıb.

"İşin mahiyyətinə görə ədliyyəyə güvənirəm. Ancaq şəklinə görə –respublikanın keçmiş prezidenti Nikolya Sarkozinin 10 saatdan çoxdur saxlanıldığını necə başa düşək. Alçaldıcı və mənasız bir şeydir", - deyə Vokye bildirib.

Son xəbərlər

Orphus sistemi