Rusiya Parlamenti: Dodonun hakimiyyətdən uzaqlaşdırılması xalq arasında narazılığa gətirib çıxara bilər

Rusiya Parlamenti: Dodonun hakimiyyətdən uzaqlaşdırılması xalq arasında narazılığa gətirib çıxara bilər "Fikrimcə, bu yaxın günlərdə baş verə bilər"
Digər ölkələr
3 Yanvar , 2018 04:23
Rusiya Parlamenti: Dodonun hakimiyyətdən uzaqlaşdırılması xalq arasında narazılığa gətirib çıxara bilər

Bakı. 3 yanvar. REPORT.AZ/ Moldova prezidenti İqor Dodonun müvəqqəti hakimiyyətdən uzaqlaşdırılması xalq arasında narazılığa gətirib çıxara bilər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlilərlə işlər üzrə komitənin sədri Leonid Kalaşnikov deyib.

Moldova Konstitusiya məhkəməsi prezidentin qərarı nəzərə alınmadan hökümətdə kadr dəyişikliklərin edilməsinə icazə verən fərman qəbul edib. İ.Dodon irəli sürülən namizədlər ilə razılaşmayaraq qərarı qeyri-qanuni adlandırıb.

"Dodon ancaq insanları küçələrə çağrmaq ilə buna qarşı çıxa bilər. Fikrimcə, bu xalq narazılğına gətirib çıxara bilər Çünki insanlar Dodonu prezident seçiblər və onlar çətin ki buna biganə qalsın. Fikrimcə, bu yaxın günlərdə baş verə bilər," – deyə L.Kalaşnikov bildirib. 

Son xəbərlər

Orphus sistemi