Rusiya Müdafiə Nazirliyi: "İl-20"nin vurulması İsrail təxribatının nəticəsidir

Rusiya Müdafiə Nazirliyi: "İl-20"nin vurulması İsrail təxribatının nəticəsidir Bakı. 18 sentyabr. REPORT.AZ / Rusiyanın İl-20 tipli hərbi təyyarəsi Aralıq dənizi üzərində Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən vurulub.
Digər ölkələr
18 Sentyabr , 2018 13:06
Rusiya Müdafiə Nazirliyi: İl-20nin vurulması İsrail təxribatının nəticəsidir
/ria.ru
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ / Rusiyanın "İl-20" tipli hərbi təyyarəsi Aralıq dənizi üzərində Suriyanın Hava Müdafiə Qüvvələri tərəfindən vurulub. 

“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu təsdiqləyən Rusiya Müdafiə Nazirliyinin təmsilçisi İqor Konaşenkovun sözlərinə görə, həmin vaxt İsrailə məxsus dörd "F-16" qırıcı təyyarəsi Latakiya şəhəri yaxınlığındakı sənaye müəssisələrinə zərbə endirərək yaxınlıqdakı gəmi və təyyarələr üçün təhlükə yaranmasına səbəb olub.

Latakiyaya hava zərbəsi barədə cəmi bir dəqiqə əvvəl məlumatlandırıldıqlarını qeyd edən İ.Konaşenko vurulan təyyarənin israilli pilotlar tərəfindən əvvəlcədən “görülməməsi mümkün olmadığını” vurğulayaraq, hadisəni “şüurlu şəkildə törədilən təxribat” kimi səciyyələndirib.

O deyib ki, Rusiya İsrailin bu təxribatını düşmən hərəkəti kimi qiymətləndirir və uyğun cavab tədbirlər görmək hüququnu özündə saxlayır.

Son xəbərlər

Orphus sistemi