Rumıniyada koronavirusdan ölənlərin sayı minə yaxınlaşır

Rumıniyada koronavirusdan ölənlərin sayı minə yaxınlaşır Rumıniyada son sutkada koronavirusa yoluxanların sayı 190 nəfər artıb.
Digər ölkələr
12 May , 2020 15:13
Rumıniyada koronavirusdan ölənlərin sayı minə yaxınlaşır

Rumıniyada son sutkada koronavirusa yoluxanların sayı 190 nəfər artıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabineti yanında Koronavirusla bağlı vəziyyət üzrə Strateji Ünsiyyət Qrupuna istinadən “Digi 24” telekanalı məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların sayı 15 778-ə çatıb. Ölkə üzrə 991 pasiyent ölüb, 7 685-i isə sağalıb.

Qeyd edək ki, Rumıniyada koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi