Qazaxıstanda vertolyot qəzaya uğrayıb

Qazaxıstanda vertolyot qəzaya uğrayıb Nəticədə bir nəfər ölüb, biri yaralanıb
Digər ölkələr
26 Fevral , 2017 19:26
Qazaxıstanda vertolyot qəzaya uğrayıb

Bakı. 26 fevral. REPORT.AZ/ Qazaxıstanda Ayaqoz şəhərinin 60 km-də qəzaya uğramış "S-341" tipli şəxsi təyyarə aşkar olunub.

"Report" xəbər verir ki, vertolyot şənbə günü Koja kəndindən havaya qalxıb və radarlardan itib.

Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətlər üzrə Komitəsinin məlumatına görə, helikopterin göyərtəsində pilot və sərnişin olub. Qəza nəticəsində pilot ölüb, sərnişin isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi