Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq

Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib
Digər ölkələr
13 İyul , 2020 18:38
Qazaxıstan COVID-19 ilə bağlı məhdudiyyətləri iyulun sonuna qədər uzadacaq

Qazaxıstanda koronavirusa yoluxma hallarının artması səbəbindən tətbiq edilən karantin rejimi ilə bağlı məhdudiyyətlər daha iki həftə - iyulun sonunadək artırılacaq.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev məlumat verib.

Daha əvvəl Qazaxıstan hökumətinin mətbuat xidməti ölkədə epidemioloji vəziyyətin ağırlaşması və koronavirusa yoluxma hallarının artması nəzərə alınmaqla, iyulun 5-dən etibarən respublikada müddəti uzadılma ehtimalı ilə ikihəftəlik karantin rejimi tətbiq edildiyini bildirmişdi.

“Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar karantin rejimi daha iki həftə - iyulun sonuna qədər uzadılacaq. Sabah hökumət komissiyası qərar verəcək. Karantin vətəndaşların sərt özünümüdafiə tədbirlərinə riayət etməsi halında onların sağlamlığını qorumaq üçün lazımdır”, - Tokayev deyib.

Qeyd edək ki, respublikada koronavirusa yoluxanların ümumi sayı 59,8 min nəfərdən çoxdur. Sağalan xəstələrin sayı isə 34 mindən çoxdur. Ölkədə koronavirusdan 375 ölüm hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi