Qana prezidenti koronavirusa görə özünütəcrid edib

Qana prezidenti koronavirusa görə özünütəcrid edib Qana prezidenti Nana Akufo-Addo yaxın ətrafındakı bir insanın yeni növ koronavirus infeksiyasına yoluxmasından sonra növbəti iki həftə ərzində karantində olacaq.
Digər ölkələr
5 İyul , 2020 12:22
Qana prezidenti koronavirusa görə özünütəcrid edib

Qana prezidenti Nana Akufo-Addo yaxın ətrafındakı bir insanın yeni növ koronavirus infeksiyasına yoluxmasından sonra növbəti iki həftə ərzində karantində olacaq.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Nigeriyanın “Vanguard” qəzeti məlumat yayıb.

“Prezident koronavirus testi verib və testin nəticəsi mənfi olub. Ancaq ehtiyat tədbiri olaraq prezident özünütəcrid edib”-deyə, Qananın İnformasiya naziri Kodjo Opponq Nkruma bildirib.

Nazirin sözlərinə görə, dövlət başçısı ölkənin paytaxtı Akkredəki prezident villasında işləyəcək.

Qeyd edək ki, Qanada koronavirusa yoluxan 18 892 nəfərin 117-si ölüb.

Son xəbərlər

Orphus sistemi