Putin Netanyahu ilə Soçidə görüşəcək

Putin Netanyahu ilə Soçidə görüşəcək Bu gün Rusiyanın Soçi şəhərində İsrailin Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.
Digər ölkələr
12 Sentyabr , 2019 01:22
Putin Netanyahu ilə Soçidə görüşəcək

Bu gün Rusiyanın Soçi şəhərində İsrailin Baş naziri Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş keçiriləcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Görüşdə həmçinin Yaxın Şərqdəki vəziyyət də müzakirə olunacaq.

Netanyahu cari ildə artıq üçüncü dəfədir ki, Rusiyaya səfərə gəlir. Bundan əvvəl o, fevral və aprel aylarında Moskvaya səfər etmişdi.

Bundan başqa İsrailin Baş naziri Rusiyanın Müdafiə naziri Serqey Şoyqu ilə də görüşməyi planlaşdırır. Rusiyaya səfəri zamanı Netanyahunu, ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabbat və İsrail Müdafiə Qüvvələri Baş Qərargahının rəisi Aviv Kohavi də müşayiət edəcəklər.

Son xəbərlər

Orphus sistemi