Parisin şərqində naməlum şəxs mağazaya hücum edib, ən azı 2 nəfər ölüb - YENİLƏNİB

Parisin şərqində naməlum şəxs mağazaya hücum edib, ən azı 2 nəfər ölüb - YENİLƏNİB Polis və "Kalaşnikov" avtomatı ilə silahlanmış naməlum şəxs arasında atışma baş verib
Digər ölkələr
9 Yanvar , 2015 17:49
Parisin şərqində naməlum şəxs mağazaya hücum edib, ən azı 2 nəfər ölüb - YENİLƏNİB

Bakı. 9 yanvar. REPORT.AZ/ Parisin şərqində naməlum şəxsin mağazaya hücumu nəticəsində ən azı 2 nəfər ölüb. Bu barədə "Report" "France Presse" agntliyinə istinadən xəbər verir.

Bir müddət əvvəl bildirilib ki, Parisin şərqində polis və "Kalaşnikov" avtomatı ilə silahlanmış naməlum şəxs arasında atışma baş verib.  

İlkin məlumat 16:58-də dərc olunub

Parisin 20-ci rayonunda yeni atışma baş verib. Atışma nəticəsində ən azı bir nəfər yaralanıb. Bu barədə "Report" BFMTV-yə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, atışma yəhudilər üçün nəzərdə tutulan halal məhsulların satıldığı mağazanın yaxınlığında baş verib. 

AFP-nin məlumatına əsasən, bir nəfər girov götürülüb.

Son xəbərlər

Orphus sistemi