Pakistanlı nazir koronavirusa yoluxub

Pakistanlı nazir koronavirusa yoluxub Pakistan xarici işlər naziri Şah Məhmud Küreyşi COVID-19 virusuna yoluxub.
Digər ölkələr
3 İyul , 2020 20:25
Pakistanlı nazir koronavirusa yoluxub

Pakistan xarici işlər naziri Şah Mahmud Qureyşi COVID-19 virusuna yoluxub.

“Report” xəbər verir ki, bu barədə nazirin özü “Twitter” hesabından bildirib:

“Bu gün günorta vaxtı bir az qızdırma hiss edib dərhal evimizdə özümü karantinə aldım. COVID-19-la bağlı testim müsbət çıxıb. Allahın mərhəmətilə özümü güclü və gümrah hiss edirəm. Evdən iş vəzifəmi bundan sonra da yerinə yetirəcəyəm. Lütfən dualarınızı məndən əsirgəməyin”, - XİN başçısı yazıb.

Son xəbərlər

Orphus sistemi