Pakistanda avtobus çaya düşüb, 24 nəfər ölüb

Pakistanda avtobus çaya düşüb, 24 nəfər ölüb Cümə günü Pakistanın Koxistan dairəsində avtobusun çaya düşməsi nəticəsində 24 nəfər ölüb.
Digər ölkələr
31 Avqust , 2019 03:31
Pakistanda avtobus çaya düşüb, 24 nəfər ölüb

Cümə günü Pakistanın Koxistan dairəsində avtobusun çaya düşməsi nəticəsində 24 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü dairə administrasiyası nümayəndəsinə istinadən "Kyodo" məlumat yayıb.

Bildirilir ki, insanlar avtobusla toya gedirlərmiş. Maşın ağac körpüdən coşqun çaya düşüb. Azı iki sərnişin sağ qalıb. Onlar avtobus çaya düşməzdən əvvəl özlərini bayıra ata biliblər.

Son xəbərlər

Orphus sistemi