Özil və Kolaşinatsa hücum edənlərdən biri 10 il həbs cəzası alıb

Özil və Kolaşinatsa hücum edənlərdən biri 10 il həbs cəzası alıb İngiltərə “Arsenal”ının futbolçuları Məsut Özil və Sead Kolaşinatsa silahlı hücum edən şəxslərdən biri ağır cəza alıb.
Digər ölkələr
8 Noyabr , 2019 23:34
Özil və Kolaşinatsa hücum edənlərdən biri 10 il həbs cəzası alıb

İngiltərə “Arsenal”ının futbolçuları Məsut Özil və Sead Kolaşinatsa silahlı hücum edən şəxslərdən biri ağır cəza alıb.

“Report” xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. 

Məhkəmənin qərarına əsasən 30 yaşlı Eşli Smit futbolçulara silahlı hücum etdiyinə görə 10 il müddətə azadlıqdan məhrum edilib.

Məhkəmə digər saxlanılan Cordan Nortoverin işinə isə növbəti gün baxacaq.

Qeyd edək ki, Smit 26 yaşlı Cordan Nortoverlə Londonda hər iki futbolçuya hücum edib. Hadisə şəhərin şimalında türk əsilli yarımmüdafiəçi "Mercedes" markalı avtomobili ilə getdiyi vaxt baş verib. Həmin vaxt maşında Özilin komanda yoldaşı Sead Kolaşinats da olub. Onlara skuterdə olan bıçaqla silahlanmış dəstə hücum edib.

Bu an Özil maşından sıçrayaraq yaxınlıqdakı tanışlarının çalışdığı "Likya" restoranına kömək istəyi ilə qaçıb. Kolaşinats isə avtomobilindən qaçaraq hücum edənlərlə davaya başlayıb.

Bundan sonra restoranın əməkdaşları futbolçuların köməyinə yetişib. Onlar cinayətkar dəstədən qurtulmaqda yardımçı olublar. Özil və Kolaşinats dava zamanı zərər görməyib. Hər iki şəxs aparılan axtarışlardan sonra saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi