Nikolas Maduro ABŞ hakimiyyəti ilə danışıqları izah edib

Nikolas Maduro ABŞ hakimiyyəti ilə danışıqları izah edib Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun hökumətinin məmurları ABŞ nümayəndələri ilə əlaqədirlər.
Digər ölkələr
21 Avqust , 2019 04:36
Nikolas Maduro ABŞ hakimiyyəti ilə danışıqları izah edib

Venesuela prezidenti Nikolas Maduro bildirib ki, onun hökumətinin məmurları ABŞ nümayəndələri ilə əlaqədirlər.

"Report" xəbər verir ki, bu barədə ölkə prezidenti administrasiyasının mətbuat xidməti "Twitter"də bildirib.

"Nikolas Maduro təsdiq edib ki, Bolivar hökuməti bir neçə aydır onun icazəsi ilə ABŞ-ın hökumət nümayəndələri ilə əlaqələri dəstəkləyir", - deyə xəbərdə bildirilir.

Daha əvvəl ABŞ-ın bəzi mətbuat orqanları bildirib ki, Birləşmiş Ştatlar administrasiyası Konstitusiya Assambleyasının sədri Dosdado Kabelo ilə Maduronun hakimiyyətdən kənar ediləcəyi təqdirdə onun çevrəsinin təhlükəsizliyi barəsində məxfi danışıqlar aparır. 

Son xəbərlər

Orphus sistemi